Biz PRIME mağazalar şəbəkəsi olaraq artıq 20 ildir fəaliyyətdəyik və hal hazırda 18 mağazamız var bəylər və xanımlar üçün xüsusi brend aksesuarların satışı ilə məşğul oluruq.
Bizim mağazalada müxtəlif qiymət seqmentində saatlar var. Ümumi olaraq saatların qiyməti 50 – 2000 azn aralığındadır. Brenddən və saatın özəlliklərindən asılı olaraq qiymətlər dəyişir.
Hal hazırda Prime şəbəkəsində 11 saat brendi var. Bizim mağazalarda Romanson, Citizen, Timex, Sandoz və s. brendlərin saatlarını əldə edə bilərsiniz.
Əlbəttə PRIME şəbəkəsi olaraq həm müştərilərimizin məmnuniyyəti, həmdə mağazamızın reputasiyası bizim üçün çox vacibdir, buna görədə biz yalnız brendlərin özləri ilə çalışırıq. Və hər bir saatımıza Beynəlxalq zəmanət veririk. Bundan əlavə bizim 28 mall və Gənclik mall kimi AVM-lərdə filiallarımız var, özünüzdə bilirsiniz,bura yalnız beynəlxalq sertifikatlaşmış məhsullar buraxılır.
Ümumi olaraq bizdə bir neçə ölkənin brendi var İsveçrə, Amerika, Cənubi Korreya, Yaponiya, Türkiyyə və s. İstehsalat isə həmən brendlərin sertifikatlaşdırılmış zavodlarında aparılır. Bizim mağazalarda Çin brendi olan saatlar yoxdur, lakin bəzi brendlərimiz istehsalatı Çində yerləşən sertifikatlaşdırılmış zavodlarında aparır. Eyni ilə APPLE, Mercedes Benz və sair dünya markaları kimi.
Bizim mağazada müxtəlif materiallarda saatlar var, lakin sizin metallara qarşı həssaslığınız varsa biz sizə tam hipoallerjik materiallardan, paslanmaz polad, titan və ya keramikadan hazırlanmış saatlar təklif edə bilərik.
Saatın istehsalat zamanı üzərinə qoyulan batareyanın işləmə müddətini tam dəqiq demək mümkün deyil, çünki saatın mexanizminin və funksiyalarının yoxlanması testləri bu batareya ilə aparılır, yalnız biz PRIME şəbəkəsi olaraq 1 il ərzində əgər batareya bitərsə onu sizin üçün ödənişsiz dəyişdiririk.
Bizdə olan brendlər istehsal zamanı ən müasir texnologiyalardan istifadə edir, buna görə rəngləri çox qalıcıdır. Saat cızılmasa, kimyavi maddələrdən uzaq olsa, rəngi uzun müddət sizə xidmət edəcək.
Bəli saatlarımızın hər biri müəyyən dərəcədə suya davamlıdır. Modeldən asılı olaraq 3 ATM-dən (əl yumaq) 20 ATM-ə (dalğıclıq etmək) kimi dəyişir. Sizin saatı hansı məqsədlə istifadə edəcəyinizdən asılı olaraq, ona uyğun model sizə təklif edə bilərik.
Bizdə müxtəlif növ şüşələrlə saatlar mövcuddur. Cızıqlara ən dözümlü sapfir şüşələr sayılır çünki yalnız sapfir və ya almazdan cızıla bilər, əlbəttə istifadə etməkdəndə çox şey asılıdır, səliqəli istifadə olunsa mineral şüşədə kifayət qədər dözümlüdüür.
Bizdə olan automatic saatlar tam dolmuş vəziyyətdə 36-42 saat arası enerji saxlayır. Sadəcə saat dayanmasın deyə hər gün istifadə etməyiniz lazımdır. Dayandıqda sadəcə saatın vaxtını təzədən düzəltməli olacaqsınız.
Kvarts saatlarda enerji mənbəyi batareyadır bu saatlar daha dəqiq və dözümlü sayılır, automatic saatlarda isə enerji mənbəyi xüsusi yayın hərəkətidir bu saatlar daha mürəkkəb olduğundan,prestijli sayılır. Gündəlik istifadə üçün daha çox kvarts modellər yararlıdır, xüsusi günlər və ziyafətlər üçün isə automatic saat uyğundur.
Eco- Drive ilk dəfə Citizen şirkətinin istehsal etdiyi xüsusi mexanizmdir. Özəlliyi odurki bu saatlar dayanmır və 3 ildən bir batareya dəyişilməsinə ehtiyyac yoxdur. Bu saatlar hər hansı bir işıq mənbəyindən enerji toplayır və onun hesabına çalışır. Hətta bu mexanizmli saatlar ən dəqiq hesab olunur. Əlavə olaraq qaranlıqda işləməsi üçün xüsusi akkumulyatorla təchiz olunub. Akkumulyator 5-8 ay bəzi modellər isə 3 ilə qədər enerji saxlaya bilir. Maraqlısıda odurki Eco Drive dayansa belə 2 saat işıqda qalması kifayətdirki yenidən işləmək üçün enerji toplasın.
Bizim mağazalarımızda siz xronoqraf, taximetr, budilnik, kompas və s funksiyalı saatlar tapa bilərsiniz. Sizə hansı funksiyaların olması daha önəmlidir ?
Saatlarımızın daha çox çeşidi əlbəttəki mağazalardadır, lakin onlayn olaraq bizim Facebook və İnstagram səhifələrimizidə izləyə bilərsiniz.
Bəli bizdə loyal kartı olan hər bir müştərimizin daimi endirimi var, bu kartı əldə etmək üçün cəmi 100 azn alış etməyiniz kifayətdir üstəlik bu keş bek kartdır. Bundan əlavə kartınız yoxdursa belə Bakcell istifadəçilərinə Ulduzum kodu ilə 10% endirim bizdən hədiyyə olunur. (Kampaniya olduqda kampaniya haqqında məlumat verilməlidir)
Əlbəttə hər bir saatımıza ölkədaxili zəmanət veririk, bu zəmanətə saatın mexanizmi və batareyası daxildir. Brenddən asılı olaraq 1 ildən 3 ilə qədər Beynəlxalq zəmanətdə verilir.
Saatınızda hər hansı problem yaranarsa servis mərkəzimizə yaxınlaşa bilərsiniz. Servis mərkəzi PRIME Nərimanov filialında yerləşir.
Zəmanət çərçivəsində mexanizm və ya batareyada problem yaranarsa ödənişsiz təmir olunacaq, təmir mümkün olmadıqda saat yenisi ilə əvəz olunur. Zəmanətə daxil olmadıqda və ya zamanət müddəti bitdikdə xidmətlər ödənişlidir.
Bəli, servis mərkəmizdə istədiyiniz ehtiyyat hissəsini tapa bilərsiniz, olmasa sifariş etməkdə mümkündür.
Zəmanət saatın mexanizminə verilir. Əlavə olaraq 1 il ərzində satin batareyası sıradan çıxarsa onuda ödənişsiz olaraq dəyişirik.
Saatınız haqqında ətraflı məlumatı bizim mağazalarımızda olan satış menecerlərimizdən və ya kodunu Google axtarış sistemində daxil etməklə, müxtəlif saytlardan əldə edə bilərsiz.
Bəli il ərzində bir dəfə məsləhət olarki saatınızı servisimizdə diaqnostikadan keçirib mexanizmin komponentlərini və saatın prokladkalarını yoxlatdırasınız.
Çalışın saatı kimyəvi maddələrdən (parfum, kosmetika, yuyucu vasitələrdən) , duzlu sudan qoruyasınız. İstifadədən sonra çirkləndikdə və ya saatın üzərində tər qaldıqda onu yumşaq parça ilə təmizləyəsiniz. Adi bu qaydalara əməl etsəniz saatı uzun müddət istifadə etməkdən həzz alacaqsınız.
Bəli bunu edə bilərsiniz, sadəcə saatın təmirində istifadə olunacaq komponentlərin işləməsinə biz artıq məsuliyyət daşımayacıq və zəmanətiniz ləğv olunacaq.