AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN
1998-ci il 21 may tarixli 114 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası ərazisində
pərakəndə ticarət obyektlərində dəyişdirilməsi olmayan
malların siyahısı:
- Qızıl və qızıl məmulatları.
- Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
- İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, təsma, haşiyələr).
- Parfümer-kosmetika malları.
- Kişi, qadın və uşaq çimərlik paltarları.
- Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
- Məişət-kimyası malları.
- Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
- Uşaq oyuncaqları.
- İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
- Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
- Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.