Azərbaycanın ən böyük, dünyaca məşhur Romanson, Timex, Zeppelin, Citizen, Daniel Klein, Casio kimi brendlərin qol saatlarının, gümüş ziynət əşyalarının, bəylər və xanımlar üçün 100 % dəridən hazırlanan cüzdan, çanta, kəmər və s. aksesuarlarının satışını həyata keçirən “Prime Accessories” Şirkəti öz müştərilərini sevindirməyə davam edir.
Bu dəfə, Azərbaycanda ilk dəfə olaraq “Prime Accessories” şirkəti, ölkəmizin gələcəyi olan tələbələr üçün motivasiya xarakterli “Oxu-Qazan!” aksiyasına “Start” verir. Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bu aksiyanın əsas məqsədi, tələbələrə, cəmiyyətin onlara nə qədər dəyər verdiyini göstərməkdir.
“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin, mühüm bir hissəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.” – H. Əliyev
Ulu öndər Heydər Əliyevin bu sözlərinə arxalanaraq “Oxu qazan” aksiyası ilə “Prime” ailəsi olaraq tələbələrin təhsilə maraqlarını artırmaqda kiçik bir təsirimiz olacağını düşünürük.
Aksiyaya əsasən 2023/2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında Prezident təqaüdünə layiq görülən tələbələr şirkət tərəfindən hədiyyələrlə təltif olunacaqlar. Hədiyyələr təntənəli şəkildə 23 sentyabr 2023-cü il tarixində təqdim olunacaq.
Şərtlər isə çox sadə:
- İmtahanlara yaxşı hazırlaşmaq
- İmtahandan yüksək bal toplayıb Prezident təqaüdçüsü olmaq
Qaydalar:
“Prezident.az” saytında, adı Prezident təqaüdü alanlar siyahısında olan tələbə şəxsiyyət vəsiqəsi ilə istənilən “Prime Accessories” mağazasına yaxınlaşıb qeydiyyatdan keçə bilər.